!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda YENİ İMTAHAN MODELİ: Sosial Tədqiqatlar Mərkəzinin hesabatı açıqlandı – FOTOLAR-VİDEO

!Reklam – Yazi

Bu gün “Yeni imtahan modeli: İslahatlar, nəticələr və gözləntilər” mövzusunda konfrans və hesabatın təqdimatı keçirilib.

Yenicag.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabat dərc edilib.

Qeyd olunan hesabatda yer alan məqamlarla əlaqədar təşkil olunan konfransa STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, təhsil işçiləri, KİV nümayəndələri və tanınmış ictimai xadimlər qatılıblar.

Tədbirdə giriş nitqi söyləyən STM rəhbəri Zahid Oruc ölkənin təhsil sisteminin mövcud vəziyyətindən danışıb. O, daha sonra STM-in fəaliyyətinə toxunaraq, cəmi 10 ay əvvəl yaradılan Mərkəzin fəaliyyətinin qiymətləndirilməsinə hər zaman açıq olduğunu vurğulayıb.

Prezident Adminstrasiyası Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova isə çıxışında qlobal informasiya mühitində insan kapitalının iqtisadi tərəqqi və inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunduğunu vurğulayıb. O baxımdan, təhsil sistemi rəqəmsal iqtisadiyyatın inkişafına, yeni orta sinfin formalaşmasına istiqamətlənəcək:

“Müasir texnologiyaların tətbiqi yeni hədəflər, təhsil müəssisələrində çevik təhsil mühitinin formalaşdırılmasını, təhsilin adi xidmətə çevrilməsini, təhsilin fərdləşməsini, biliklərin qiymətləndirilməsini və süni intellektdən isitifadəni şərtləndirir. Buna görə də passiv təhsildən aktiv təhsilə keçid 2030-cu ilə qədər yekunlaşmalıdır və bu tipik təhsil modelinə çevriləcək”.

Daha sonra çıxış edən STM Daxili siyasətin təhlili departmentinin müdiri Tahirə Allahyarova Mərkəzin ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabatının qısa icmalını verib. Tahirə Allahyarova qeyd edib ki, STM-in 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai rəy sorğusu DİM-in regional mərkəzləri əsas götürülməklə, 10 şəhər və rayonu əhatə edərək, genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə yekunlaşıb. Nəticə olaraq, yeni imtahan modelinin cəmiyyət tərəfindən müsbət qarşılandığı müşahidə olunub.

Konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov yeni imtahan modelinin tətbiqinin təhsilin inkişafı üçün çox vacib amil olduğunu bildirib:

“İmtahan modelinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil. Bu baxımdan, yenilik təqdirəlayiqdir. Yeni imtahan modelinin tətbiqi ilə bağlı uzun müddətdir ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi sıx əməkdaşlıq edirdi. Yeni tətbiqin əsas üstünlüyü müasir standartlara cavab verməsidir. Sosial Tədqiqatlar Mərkəzinin gördüyü işləri dəyərləndirməliyik”.

DİM Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə çıxıçında bu il təhsil islahatlarının bir hissəsinin bitdiyini və dəyişikliklərin müsbət təsirlərinin gözlənilən olduğunu diqqətə çatdırıb:

“Sosioloji araşdırmaları davam etdirmək lazımdır. İlkin kəşfiyyat xarakterli olan bu sorğular problemləri həll etmək üçün real faktlara söykənməyə əsas verir”.

Konfrans digər natiqlərin çıxışları ilə davam edib.

 

Gülşən Şərif
Cavid Qaçayev

www.yenicag.az

1700
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv