Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Azərbaycanda yolların istismar müddəti açıqlandı

Azərbaycanda çəkilən bəzi yollarda bir neçə ildən sonra təmir işlərinin aparılması geniş müzakirə olunan mövzulardan biridir.

Təmir işlərinin aparılması ölkədə yeni salınan yolların istismar müddətini gündəmə gətirib. Mövcud durumla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etdik və yeni salınan yolların istismar müddətinin neçə il üçün nəzərdə tutulmasını dəqiqləşdirdik.

Qurumun mətbuat katibi Anar Nəcəfli BAKU.WS-ə bildirdi ki, Azərbaycanda salınan yolların istismar müddəti dedikdə təmirlərarası müddət nəzərdə tutulur: “Təmirlərarası müddət həmin yolun texniki dərəcəsinə uyğun olaraq və hərəkət intensivliyi nəzərə alınaraq hesablanır. Hər il cari təmir işləri mütləq şəkildə aparılmalıdır ki, yolda hər hansı problem yaşanmasın. Orta təmir işləri hər 4-5 ildən bir mütləq aparılmalıdır. Texniki dərəcəyə uyğun olaraq yenidənqurma işləri isə 15-18 ildən bir aparılmalıdır.
Orta təmir işlərinin 4-5 ildən bir aparılmasına zərurət odur ki, intensiv hərəkət və təbii amillərdən aşınma qatının yeyilməsi və müəyyən deformasiyaların əmələ gəlməsi baş verə bilər. Bu səbəbdən aşınma qatı kənarlaşdırılıb yeni asfalt beton ürtüyü çəkilməlidir ki, yolun ömrü daha da uzansın. Tam olaraq yol əsaslı şəkildə təmirə və yenidənqurmaya qədər gəlib çıxa bilsin, 15, 16, 18 il xidmət edə bilsin”.

AAYDA-nın mətbuat katibi həmçinin qeyd etdi ki, təmir işləri aparılmasa, yolların ömrünü uzatmaq mümkün deyil: “Bəzən vətəndaşlar yolda orta təmir işləri aparılarkən bunu görür və irad bildirirlər ki, 4-5 ildir, çəkilən yolda nə üçün təmir işləri aparılır? Lakin bu təmir işləri mütləq şəkildə aparılmalıdır ki, yol öz ömrünü tam olaraq əsaslı təmirə qədər normal şəkildə başa vura bilsin. Əks halda həmin yol daha tez dağıla bilər.

Elə yollarımız var ki, orada hərəkət intensivliyi çoxdur və müəyyən işlər nəzərə alınaraq orta təmir işlərinin vaxtı uzanır. Misal üçün, Bakı-Hacıqabul istiqamətindəki magistral yolumuz 12 ildir ki, orta təmir işləri aparılmır. Halbuki aparılmalıdır və o yolda müəyyən deformasiyalar yaranıb və orta təmir işlərinin aparılmasına zərurət yaranıb. Artıq biz bu yolda da problemlərin aradan qaldırılmasına başlamışıq”.

www.yenicag.az

413
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM