Azərbaycandan keçməklə Rusiyadan Ermənistana taxıl göndəriləcək
Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl yüklü vaqonlar göndəriləcək.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, martın 9-da taxıl yüklü 7 vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana yola salınacaq.
Qeyd edək ki, sonuncu dəfə taxıl yüklü qatar fevralın 4-də Azərbaycandan Ermənistana yola salınmışdı.













