!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollar sərmayə…

!Reklam – Yazi

Azərbaycan və Türkiyə əlaqələrinin yeni mərhələdə daha da genişləndirilməsi əsas prioritetlərdəndir. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar olub. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrində artan tendensiya müşahidə olunub.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb:

“Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb.

Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub”.

Deputatın sözlərinə görə, bunlarla yanaşı, yeni mərhələdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da genişləndirilməsi əsas hədəflərdəndir:

“Bu baxımdan, daha məqsədəuyğun olardı ki, Preferensial Ticarət Sazişində uyğun olaraq hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilən malların siyahısı genişləndirilsin. Son saziş 15 mal qrupunu əhatə edir. Bütövlükdə, ölkələrin mərhələli şəkildə qarşılıqlı xarici ticarətdə bütün mallar üzrə kvota və rüsumları sıfıra endirməsi daha məqsədəuyğundur.

Digər tərəfdən, Türkiyə ilə birlikdə işğaldan azad olunan torpaqlarımzı əhatə edən xüsusi iqtisadi zonanın yaradılması məqsədəuyğun olardı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru dəhlizin olacağını nəzərə alsaq, bu bölgəyə daha çox sərmayənin cəlb olunmasına imkan yarada bilər”.

COP29

www.yenicag.az

658
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv