!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın 2022-ci il üzrə xarici siyasəti - Ceyhun Bayramov açıqladı / CANLI YAYIM

!Reklam – Yazi

“Azərbaycanın 2022-ci il üzrə xarici siyasət istiqamətlərindən danışarkən qeyd etməliyik ki, ölkəmiz Prezident İlham Əliyevin başçılığı altında milli maraqlara söykənən siyasətini davam etdirib”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan ikitərəfli münasibətlərə önəm verir.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanla Türkiyə qarşılıqlı strateji müttəfiqlik əsasında bir sıra işlər aparıb.

“Prezident İlham Əliyev 2022-ci ildə Türkiyəyə 3 səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Azərbaycana iki dəfə səfər edib”, – deyə o əlavə edib.

Nazir Azərbaycanla Rusiyanın əməkdaşlığının 2022-ci ildə uğurla davam etdirildiyini bildirib.

Gürcüstanla münasibətlərin gündəliyindən danışan nazir qeyd edib ki, 2022-ci ildə Bakı ilə Tbilisi arasındakı əməkdaşlıq uğurlu olub.

Nazir Azərbaycanın İranla münasibətlərindən də söz açaraq xatırladıb ki, 2022-ci ildə qarşılıqlı əməkdaşlıq üçün bir sıra müzakirələr aparılıb, iclaslar keçirilib.

Ceyhun Bayramov Azərbaycanın ABŞ, Çin, Mərkəzi Asiya, Avropa, Afrika ölkələri ilə əlaqələrə önəm verdiyini bildirib.

Nazir qeyd edib ki, 2022-ci ildə Azərbaycanın xarici ölkələrdə 89 diplomatik təmsilçiliyi fəaliyyət göstərir.

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv