!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın "7 kənd" AÇIQLAMASI: Rəsmi Bakının İrəvana ismarışı nə vəd edir? - ŞƏRH

!Reklam – Yazi

“Ermənilər dünən Şuşanın işğalı ilə bağlı böyük şadyanalıq etdilər. Ancaq Şuşa bizdədir. Yüz dəfə atılıb-düşsünlər, Şuşa bizdədir. Şuşanı almaq imkanları da yoxdur. Bu cür əhəmiyyətsiz hadisələrə fikir vermək də lazım deyil”.

Bunu Ermənistanda baş verən hadisələr fonunda davam edən danışıqlar prosesi və rəsmi Bakının Qazaxın 7 kəndinin qaytarılacağını bəyan etməsi haqqında fikirlərini bölüşən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Ermənistan müxalifətinin hazırkı davranışı Azərbaycanı qətiyyən narahat etməməlidir:

“Siyasi mənzərəyə tamaşa edəndə insan əhəmiyyətli və əhəmiyyətsiz hadisələri bir-birindən ayırmalıdır. Əhəmiyyətli hadisələr siyasi prosesin mahiyyətini əks etdirir, ciddi qərarların qəbulunu təmin edir. Əhəmiyyətsiz hadisələr isə bir tərəfin şılatlıqlarını özündə ehtiva edir və ciddi olaraq siyasi prosesə təsir etmir.

Xələf Xələfov deyəndə ki Azərbaycanın işağl altında olan 7 kəndi qayıdacaq, bu, ciddi, siyasi prosesin məntiqi nəticəsindən xəbər verir. Yəni Azərbaycanla Ermənistan arasında danışıqlar gedir. Hələlik bu, sülh müqaviləsi danışığı deyil. Ancaq iki dövət arasında olan həllini tapmamış məsələlərin çözülməsi yönündə gedən danışıqlardır. Ermənistanın bir kəndini tutmuşuq, Azərbaycanın 7 kəndi və Naxçıvan istiqamətində anklav olan Kərki kəndi ermənilərdədir. Onlar qaytarılacaq. İndiki mərhələdə Azərbaycan israr edir ki, bu kəndlər qayıtsın. Ermənistan deyir ki, gələcəkdə qan-qaraçılıq olmasın deyə ərazi mübadiləsinə gedilsin. Erməni tərəfi bildirir ki, bir-birimizin ərazimizdə anklav olmasın. Hələlik Azərbaycan buna “yox” deyir. Xələf Xələfov da deyir ki, 7 kənd qayıdacaq. Ola bilsin ki, bu, danışıqların hansısa ünsürüdür. Ermənistana bir ismarışdır ki, Azərbaycan keçmiş mövqeyindən çəkilmir və kəndləri almaq istəyir.

Ermənistanda mitinqlər gedir. Keçmiş nazirlər, oliqarxlar, deputatlar, daşnaqlar ora qaçırlar, bura qaçırlar, Nikolu, Azərbaycanı hədələyirlər, lənət yağdırırlar. Ancaq bunun heç bir əhəmiyyəti yoxdur. Onlar rəsmi siyasi prosesdə iştitak etmirlər. Onların rəsmi danışıqlara təsir gücü də yoxdur. Azərbaycan da onların qışqır-bağırlarını nəzərə almır, almamlıdır. Bunu qulaqardına da vurmaq olar”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv