“Azərbaycanın ABŞ-ın maliyyə yardımına ehtiyacı yoxdur”

media-hightechnic-468x90

trend_matthew-bryza_main_1Azərbaycan iqtisadiyyatı son illərdə xeyli inkişaf edib və daha bu ölkənin ABŞ-ın maliyyə dəstəyinə ehtiyacı yoxdur.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Tallin Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

“Sovet İttifaqının süqutundan sonra ABŞ-ın göstərdiyi maliyyə yardımı daimi olmamalıdır. Bu vəsaitlər ölkələrin sovet sistemindən beynəlxalq sistemə keçməsinə yardım olunması üçündür. Azərbaycan bunu edib, artıq köməyə ehtiyacı yoxdur”.

O bildirib ki, dünyada ABŞ və amerikalıları təhdid edən böyük humanitar problemlər var: “Mən deməzdim ki, ABŞ üçün Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin əhəmiyyəti prioritetliyini itirib, sadəcə problemlər çoxdur, maliyyə vəsaiti isə məhduddur”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600