“Azərbaycanın Asiya ölkələri ilə ortaq hərəkət etməsi…” - Prezindentin sabiq müşaviri
“Azərbaycanın türk dövlətləri ilə yaxınlaşmasına Şimali Kipr Türk Respublikası böyük sevinc və qürur hissi keçirir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Şimali Kipr Respublikası prezidentinin sabiq müşaviri, siyasi şərhçi Gökhan Güler bildirib.
Şərhçi açıqlamasında Azərbaycanın türk dövlətləri, eləcə də Asiya ölkələri son illərdə gözəçarpan siyasi yaxınlığından ŞKTR olaraq məmnun olduqlarını dilə gətirib:
“Azərbaycanın türk dövlətləri ilə yaxın təmas qurması türk dünyasına nə qazandıracaq?” sualının cavabı çox sadədir. Prezident İlham Əliyevin “türk dünyası bizim ailəmizdir” sözlərinin Azərbaycanın türk dünyasına keçmişdən bu günə çox böyük bir qatqısı vardı. Hazırda isə onun yeni vizyonu Qarabağın azad edilməsi ilə birlikdə daha da açıq şəkildə təqdim olunur. Bu müharibədə türk dünyasının ortaya qoyduğu böyük iradə Qarabağın qazanılmasında Azərbaycana böyük ruh yüksəkliyi verdi.
Qeyd etmək istəyirəm ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə bağladığı ortaq sazişlər də çox önəmlidir. Bir çox sahədə Azərbaycanın Asiya ölkələri ilə ortaq hərəkət etməsi türk dünyasına böyük qazanc gətirəcək.”
Gökhan Güler ŞKTR-in türk dövlətlərinin tədbirlərinin ayrılmaz hissəsi olmasından məmnun olduğunu diqqətə çatdırıb:
“Türk dövlətlərinin addım-addım birlik və bərabərliyə doğru getməsi və bölgənin hegemon aktyoruna çevrilməsindən sevincliyik. ŞKTR türk dünyasının ayrılmaz hissəsi olaraq bu gedişatı yaxından izləməkdədir və izləməklə qalmayıb belə tədbirlərin önəmli hissəsi olmağın qürurunu və xoşbəxtliyini yaşayır”.
Nurlan Cəfəri












