Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu oldu

media-hightechnic-468x90

Azərbaycanın daha 3 yeniyetmə cüdoçusu Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında medal qazanıb.

Yenicag.az xəbər verir ki, 66 kq-da çıxış edən Əbil Yusubov finalda yerli idmançı Rodriqo Kaneyrunu məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində yarışan Mehdi Cəfərov 3-cü yer uğrunda qarşılaşmada gürcüstanlı Giorgi Dularidzeyə qalib gələrək qitə üçüncüsü olub.

52 kq-da yer alan Xədicə Qədəşova isə finalda ispaniyalı Adriana Saes Eviyadan üstün olaraq qızıl medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yeniyetmə cüdoçularından Vüsalə Hacıyeva (48 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq) və Məhəmməd Musayev (60 kq) Avropa çempionu olub, Əhməd Rüstəmov (55 kq) bürünc medal qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600