Rusiyanın Rostov vilayətindəki Azərbaycan icmasının rəhbəri Vaqif Mustafayev Ermənistanın “müstəqillik günü” tədbirinə qatılıb.
Yenicag.az xəbər verir ki, bir müddət əvvəl Rostovda Ermənistanın “müstəqillik günü” nə həsr olunmuş tədbirə qatılan Azərbaycan icmasının rəhbəri düşmən ölkəni “əlamətdar gün” münasibətilə təbrik edib.
Çıxış və təbriklə kifayətlənməyən Mustafayev “Ermənistana və erməni xalqına çiçəklənmə arzuladığını” da bəyan edib.
Tədbirdə iştirak edən yüzlərlə erməni Mustafayevin çıxışını alqışlarla qarşılayıb. Ermənistan mediası isə azərbaycanlı icma rəhbərinin mərasimə qatılmasını şövqlə işıqlandırıb.
Bu rəzalətin Azərbaycan mediasında yalnız indi işıqlandırılmasının başlıca səbəbi isə həmin məraism haqqında informasiyanın yalnız erməni resurslarında yayımlanmasıdır.
Qeyd edək ki, bu, müxtəli ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərlərinin ermənilərə yönəlik ilk jesti deyil.
www.yenicag.az