Azərbaycanın dövlət borcu AÇIQLANDI

media-hightechnic-468x90

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 365.1 milyon manat təşkil edib. Bu göstərici ölkənin ümumi daxili məhsulunun (ÜDM) 19.5%-nə bərabər olub.

Yenicag.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət borcunun 17 milyard 46,8 milyon manatı daxili, 4 milyard 893.1 milyon dollar isə xarici borcun payına düşür.

Hesabat dövründə dövlət borcunda xidmət xərcləri 1 milyard 516.8 milyon manat təşkil edib. Onun 1 milyard 66.9 milyon manatı xarici dövlət borcu üzrə, 449.9 milyon manatı isə daxili borcun faiz ödənişləri üzrə yönəldilib. Eyni zamanda, dövlətin əsas borc üzrə ödənişləri 740.8 milyon manat olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa