!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanın haqq işinə kənardan təzyiqlər və müdaxilələr olsa da...” - Partiya sədri

!Reklam – Yazi

“Türkiyə hərbi kontingentinin tezliklə Azərbaycanda öz missiyasını yerinə yetirməsinə şərait yaradılmalıdır”.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, bu gün Laçın rayonu Azərbaycana qaytarılıb.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bu əlamətdar hadisə ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, Laçın rayonunun işğaldan azad olunması Vətən Mharibəsində qazandığımız qələbənin çox mühüm bir parçasıdır:

“Azərbaycanın haqq işinə yönəlik kənar müdaxilələr, təzyiqlər və təxribatların olması danılmaz faktdır. Eyni zamanda, ölkə daxilində də müəyyən pessimist bəyanatlar səsləndirənlər var idi.

Artıq hər kəs şahidi oldu ki, həmin pessimist bəyanatların reallıq payı yoxdur. Bu mərhələ artıq sona çatdı. Müharibə bitsə də, münaqişənin tamamilə aradan qaldırıldığını söyləmək hələ tezdir.

Azərbaycan bundan sonra da öz milli maraqlarını əsas götürərək, diplomatik müstəvidə fəallığını azaltmamalıdır. Artıq Qazaxın işğal altında olan 7 kəndinin azad olunmasına da çalışmalıyıq.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi ilə yanaşı, Türkiyə hərbi kontingentinin tezliklə Azərbaycanda öz missiyasını yerinə yetirməsi üçün şərait yaradılmalıdır. O baxımdan, irəlidə görüləsi işlərimiz çoxdur”.

Gülşən Şərif

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv