“Azərbaycanın hər bir vətəndaşı döyüşçüdür”

media-hightechnic-468x90

“Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması xəbəri son ayların olduqca sevindirici xəbəridir”.

media-banner_tuq

Bunu açıqlamasında politoloq İlyas Yusifoğlu deyib.

Onun sözlərinə görə, bu, bir daha onu göstərir ki, güc birlikdədir, güc vəhdətdədir, güc Prezidentin ətrafında sıx və bir yumruq kimi birləşməkdədir:

“Bu Vətən hamımızındır, Vətənimizin qorunmasında və mühafizəsində təkcə hərbçilərimizin və silahlı qüvvələrimizin deyil, vətəndaş cəmiyyətinin, eləcə də xalqın hər bir sıravi nümayəndəsinin rolu və zəhməti var.

Nə az, nə çox – düz, dörd aydan çoxdur ki, Laçın-Xankəndi yolunda etiraz edən aksiya iştirakçılarının zəhmətləri öz bəhrəsini verməkdədir. Hələ ötən ilin dekabr ayından etibarən etirazlara başlayan aksiya iştirakçılarının tələblərindən biri də yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması idi.

Biz bunu bacardıq, bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hərbçi olub-olmamasından, hərbi forma geyinib-geyinməməsindən asılı, olmayaraq hər bir vətəndaş döyüşçüdür!”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05