Azərbaycanın iki güləşçisi dünya çempionatının finalına yüksəldi

media-hightechnic-468x90

Azərbaycanın iki yunan-Roma güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında finala vəsiqə qazanıb.

Güləş Federasiyasından Yenicag.az-a verilən məlumata görə, Hikmət Haqverdiyev (51 kiloqram) və Əli Nəzərov (60 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaqlar. Onların rəqibləri, müvafiq olaraq, Otabek Tursunov (Özbəkistan) və Amangəldi Ysakbayev (Qırğızıstan) olacaqlar.

Yarımfinalda uduzan Abdurrahman Hüseynli (45 kiloqram) və Yusif Əhmədli (71 kiloqram) bürünc medal görüşünə çıxacaqlar.

Səid Paşayev isə (92 kiloqram) təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.

Qeyd edək ki, medal görüşləri iyulun 30-da keçiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa