Azərbaycanın İranla TİCARƏT ANLAŞMASI: “Bu, bizim üçün bir prioritet olmalıdır”

media-hightechnic-468x90

 

“İran bazarını araşdırıb hansı məhsulları İrana sata biləcəyimizi araşdıran bir proqram sənədləri hazırlamalıyıq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

İqtisadçı son vaxtlar Azərbaycan bazarında daha çox Türkiyə və Rusiya ilə ticarət bazarının artması fonunda İranla dövriyyənin azalmasını şərh edərək təkliflərini irəli sürüb:

“İranla Azərbaycan arasında ticarət dövriyyəsində İranın üstünlüyü var. Biz İrandan daha çox mal alırıq, daha az mal satırıq. Bununla bağlı, yəqin ki, yeni yanaşmaya və proqramlara ehtiyac yaranacaq. Biz İran bazarına daha çox hansı məhsullarla çıxa bilərik, bunun araşdırılmasına ehtiyac var. Bu, neft-kimya, eləcə də başqa Azərbaycan məhsulları da ola bilər. Bu, bizim üçün bir prioritet olmalıdır. Yəni İran bizə daha çox mal sata bilər, çünki İranın belə bir perspektivi var”.

İqtisadçı Azərbaycanın İrana idxalının artması üçün İran bazarını analiz edən proqram yaradılması təklifini irəli sürərək qeyd edib:

“Amma bizim İrana daha çox mal satmağımız üçün bazarı araşdıraraq daha çox hansı məhsulları İran bazarında satmaq olar, bununla bağlı bir proqram sənədləri hazırlanmalıdır”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600