Azərbaycanın İstanbuldakı baş konsulu Türkiyə mediasına danışdı

media-hightechnic-468x90

img1794943Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Türkiyədə çıxan “Yeniçağ” qəzetinə geniş müsahibə verib. Müsahibəsində “erməni genosidi”, Xocalı soyqırımı, Qarabağın işğalı, ermənilərin türk xalqına qarşı bitməyən təxribatları mövzusundan danışan baş konsul yetərincə maraqlı, hadisə sayıla biləcək açıqlamalar verib.

Ermənilərin “Ararat” adlandırıb öz gerblərində təsvir etdikləri, Türkiyəyə qarşı əsassız ərazi iddiasının simvolu sayılan Ağrı dağlarından, “Ermənistan” adlı dövlətin necə yaranmasından söz açan baş konsul deyib: “Ağrının o tayı bu tayı olmaz. Hər iki tərəfi türkündür. Ağrı dağının o tayında (Ermənistanda – red.) tarix boyu erməni yaşamayıb. Stalin və ondan öncəkilərin siyasəti nəticəsində həmin türk torpaqlarına ermənilər yerləşdirildi. Çünki Türkiyədən qorunmaq üçün bir millətə ehtiyacları var idi…

SSRİ dönəmində tarixi Azərbaycan torpaqlarında bir dövlət qurdular. Bu, o demək deyil ki, Ağrının o tayı Ermənistandır. İrəvanla mənim doğulduğum kəndin arası 40-50 km-dir. Uşaqlıqda vaxtımızın çoxu İrəvanda keçərdi. Orada tamamən Azərbaycan türkcəsində danışılardı. İndi artıq belə şey yoxdur, çünki türkləri bütünlüklə oradan çıxarıblar. Mənim həyat yoldaşımın ana babası İrəvandandır. 1948-ci ildə Stalinin əmri ilə deportasiya edilənlərdən idi”.

Daha sonra jurnalist saxta soyqırım iddiaları məsələsində Azərbaycanın daim Türkiyənin yanında yer aldığını qeyd edir, Avropa Birliyinin Praqa sammitində Serj Sərkisyanın Türkiyəni ittiham edərkən prezident İlham Əliyevin ona sərt cavabı, “Sən burada Türkiyədən kimsə yoxdur deyə, arxayın danışırsan, amma mən burdayam” sözləri xatırlanır və Avropa Parlamentinin saxta soyqırım qərarına ən sərt təpkinin də məhz Azərbaycandan gəldiyi vurğulanır.

“Ermənistanı əslində Türkiyə saxlayır. Ermənilərin Türkiyəyə vəfa borcu var. Xəyanətlərinə rəğmən, türk millətinin humanizmindən istifadə edib burada yaşaya bilirlər. Ancaq bu ermənilər heç olmasa, bir dəfə atılan iftiraları pislədilərmi? Mən eşitmədim”

Bakının təpkilərinə toxunan baş konsul “həqiqətən də 100 il öncə bir soyqırım olubsa, o zaman nədən demokratik Avropa, demokratik ABŞ bunu tanımaq üçün 100 il gözləməli idi”, – deyə haqlı olaraq sual edir: “Vatikan bunu indimi anladı? Onların əsl hədəfi bütün dünyaya hökmranlıq eləmək, ölkələri özlərinə tabe etdirməkdir. Avropa Parlamenti bütün Avropa ölkələrini 24 apreli ”soyqırım” kimi tanımağa məcbur edir. Demokratiya budurmu?

O ölkələrin öz iradələri yoxmu? Bunun ermənilərə də bir faydası yox. Çünki yeni bir qütbləşmə yaradır, dünya savaşına yol açır… Soyuq savaş tam bitdi deyə rahat olduq deyirkən özəlliklə İslam coğrafiyasında müsəlmanın müsəlmana qırdırıldığı qaynar, qanlı savaşlarda milyonlarla insan öldü. Bu etnik münaqişələri kim qızışdırır. İslam adına terror qruplarını kim yaradır, 1500 il sonra İslam dünyasına radikayönlü yeni təriqətləri kim calayır?”

Tek millet iki devletiz kenetlenme zamanı

Bu arada baş konsul Türkiyə-Ermənistan sərhədlərinin qeyd-şərtsiz açılmasını nəzərdə tutan Sürix protokollarını (2009) iki qardaş ölkənin arasını vurmağa hesablanmış bir tələ adlandırır və əlavə edir ki, “Bu, antidemokratik, antiinsani qərar bir daha göstərdi ki, bizim tək çıxış yolumuz bir-birimizə sığınmağımızdır”.

“Ermənistanı qatillər, canilər idarə edir. Onların rəhbərlikdə olduğu müddətdə nəyi həll edəcəksiniz? Prezidenti, xarici işlər, müdafiə nazirləri – hamısı cani, bizə qarşı qətliam yapanlardır”

Həsən Zeynalov türk toplumunun ifrat humanist olduğunu xüsusi qeyd edir: “Əsl genosidi ermənilər 1905-1918-ci illərdə Azərbaycan türklərinə qarşı törədib. Sonrası nə oldu? Biz onları yenə qoynumuzda bəslədik. 1988-ci il olayları başlayanda yenə xəyanət etdilər. Türkiyə ermənilərə daha nə etməlidir ki? Hazırda 100 min miqrant erməni Türkiyədə işləyir. Ermənistanda cəmi 1.5 milyon adam var. Hər işçi orada üç nəfəri saxlayırsa, deməli, faktiki, Ermənistanı Türkiyə saxlayır. Ermənilərin Türkiyəyə vəfa borcu var. Xəncər vurmanıza rəğmən, türk millətinin humanistliyindən istifadə edib burada yaşaya bilirsiniz. Ancaq onlar heç olmasa, bir dəfə atılan iftiraları pislədilərmi? Mən eşitmədim.

“Baş verənlər bir daha göstərdi ki, bizim tək çıxış yolumuz Türkiyə və Azərbaycanın bir-birinə sığınmasıdır”

Ermənistan konstitusiyasında da əksini tapdığı kimi, ermənilər Türkiyənin şərqi və cənub-şərqi əyalətlərini özlərinki sayırlar. Yəni düşmən bir davranış. Düşmənə sərhəd açılarmı? Hansı sərhədlərdən danışırlar? Tanımadıqları sərhədləri necə açacaqlar? Xalq sərhədlərin açılmasına izn verməz. O ki qaldı Ermənistanla hansı məsələni çözməyə, Ermənistanı qatillər, canilər idarə edir. Onların rəhbərlikdə olduğu müddətdə nəyi həll edəcəksiniz? Prezidenti, xarici işlər, müdafiə nazirləri – hamısı cani, bizə qarşı qətliam yapanlardır…”

“Hər anlaşma ərəfəsində Ermənistan mütləq bir təxribat edir. Səbrimiz qalmadı. Dövlətimiz də, xalqımız da çox gözlədi…”

XX əsrin gerçək soyqırım aktından danışan baş konsul deyib: “Xocalı soyqırımının qanı hələ soyumayıb. BMT-nin 1948-ci ildə soyqırım qərarı var… Xocalıda yaşananlar o qərarın hər bir cümləsinə uyğun dəlir. BMT-nin Qarabağa dair 4 qətnaməsi mövcuddur. Bu sənədlər öz işlərinə yarayandamı tətbiq ediləcək? Azərbaycanın iqtisadi və hərbi gücü ortada. Biz ərazilərimizi işğaldan azad edə bilərik. Sadəcə, Azərbaycan qan tökülməsini istəmir. Yoxsa bir gündə Qarabağı da alarıq, İrəvana da girərik. Minsk Qrupu daim ”savaş olmasın” deyir. Hər anlaşma ərəfəsində də Ermənistan mütləq bir təxribat edir. Daha səbrimiz qalmadı. Dövlətimiz də, xalqımız da çox gözlədi…”

“Sürix protokolları iki qardaş ölkənin arasını vurmağa hesablanmış bir tələ idi… Düşmənə sərhəd açılmaz”

“İşğal bitsin, oraya gedərik. Ayağım oralara dəysin, yetər. İnsan özünü günahkar sayır. Mənim torpaqlarım işğalda ikən mən başıdik gəzə bilmərəm. O ləkəni siləcəyik. Başqa yol yox. Bir qarış torpaq da Ermənistanda qala bilməz!”, – deyə baş konsul fikrini tamamlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600