Azərbaycanın müdafiə naziri İordaniya Haşimilər Krallığının Kralı ilə görüşüb
Bu barədə Yenicag.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevinsalamlarını və Kral Əlahəzrət II Abdullah ibn Al Hüseynə ünvanlanmış ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu qarşı tərəfə çatdırıb.
Görüşdə İordaniya ilə bir çox sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb.