Azərbaycanın Qlobal Fonda rəsmi müraciəti

media-hightechnic-468x90

weweweAzərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası QİÇS, Vərəm və Maliyariya üzrə Qlobal Fonda rəsmi müraciət edib.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumatda deyilir ki, Fond qərarını martın sonunda açıqlayacaq. Bundan sonra Qlobal Fondla əməkdaşlığın növbəti 5 illik fəaliyyət mərhələsinə başlanılacaq. Növbəti iki ildə Fondun Maliyyə Komitəsinə Azərbaycan tərəfi sədrlik edəcək.

Qeyd edək ki, Fond öz fəaliyyətinin yeni mərhələsinin tətbiqinə başlaması haqda direktorlar şurasının iclasında qərar qəbul edəcək. Fondun maliyyə dəstəyi ilə 2013-cü ilin sonunda İİV/QİÇS-dən əziyyət çəkən 6,1 milyon insan antiretrovirus terapiyası ilə əhatə olunub, 11,2 milyon vərəm xəstəsi aşkarlanaraq müalicəyə cəlb edilib, malyariya ilə mübarizədə 360 milyon insektisidlərlə işlənilmiş miçətkənlər ailələrə paylanılıb.

Onu da xatırladaq ki, Azərbaycan Qlobal Fondla 2005-ci ildən əməkdaşlıq edir.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600