Azərbaycanın sabiq milli təhlükəsizlik naziri vəfat etdi - FOTO

media-hightechnic-468x90

Sabiq milli təhlükəsizlik naziri, Azərbaycanın Özbəkistandakı keçmiş səfiri Namiq Abbasov vəfat edib.

Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, N.Abbasov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Namiq Abbasov 1940-cı ildə Ordubad şəhərində anadan olub.

N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600