Azərbaycanın strateji valyuta ehtiyatları kəskin artıb
Azərbaycanın maliyyə imkanları genişlənməkdə davam edir. Bu ilin aprelin 1-nə ölkəmizin strateji valyuta ehtiyatları 85 milyard 151,1 milyon ABŞ dollarına çatıb.
Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkənin “maliyyə yastığı” son bir ildə əhəmiyyətli dərəcədə böyüyüb.
Məlumata görə, cari göstəricilər 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz çoxdur. Bu artım Azərbaycanın qlobal iqtisadi təlatümlərə qarşı dayanıqlığını artırmaqla yanaşı, dövlətin strateji layihələri maliyyələşdirmə potensialını daha da möhkəmləndirir.











