“Azərbaycanın tolerantlıq ənənələri bütün dünya ölkələri üçün nümunədir”

media-hightechnic-468x90

2ee91b9dcdc4040663817df408f14205BŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyası (USCIRF) dünyada din azadlığı haqqında illik hesabatını açıqlayıb.

Bu barədə apa-ya Azərbaycan Dini Qurumlarla İş üzrə Komitəsindən (DQİDK) məlumat verilib. Məlumata görə, hesabatda Azərbaycandakı dini durumla əlaqədar verilən məlumatlar qərəzli və qeyri-obyektivdir.

Hesabata münasibət bildirən Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Amil Cavadov deyib ki, həmin məlumatlar Azərbaycanda mövcud tolerant və multikultural mühitə kölgə salmağa, ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa yönəlmiş cəhddən başqa bir şey deyil: “Azərbaycan tolerant və multikultural dəyərlərə sahib ölkədir və respublikamızda dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar bərabər hüquqludurlar. Azərbaycanda dini etiqad azadlığı qanunla təmin olunur və insanların dini ibadətlərini həyata keçirmələri üçün hər cür şərait yaradılıb. Azərbaycanın tolerantlıq ənənələri bütün dünya ölkələri üçün nümunədir və bu bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən birmənalı qəbul edilib”.

Yaxın günlərdə Dövlət Komitəsinin hesabatla bağlı ətraflı mövqeyi açıqlanacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600