Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanın xalq artisti vəfat etdi - FOTO

Azərbaycanın xalq artisti Ağaxan Salmanlı vəfat edib.

Yenicag.az-ın məlumatına görə, Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib. Bu barədə teatrın aktyoru İlham Əsədov sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci ildə Suraxanıda anadan olub. O, ilk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.

1978-ci ilə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb.

Loading...

www.yenicag.az

1481
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100