Azərbaycanın xarici dövlət borcu 8 faizə yaxın azalıb – RƏSMİ
Bu ilin aprelin 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 689,3 milyon ABŞ dolları təşkil edib.
Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkənin xarici borc öhdəliklərində ciddi azalma müşahidə olunur.
Məlumata görə, cari göstəricilər 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azdır. Bu azalma rəsmi Bakının xarici borcun idarə edilməsi və dövlət borcunun ümumi daxili məhsuldakı payının minimuma endirilməsi strategiyasının uğurlu davamı kimi qiymətləndirilir.
Yenicag.az











