!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Ermənistan sərhəd komissiyalarının iclası başa çatdı - YENİLƏNDİ

!Reklam – Yazi

Yanvarın 31-də Azərbaycan ilə Ermənistan arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

***13:53

Bu dəqiqələrdə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası başlayıb.

Ermənistan KİV-in məlumatına görə, görüş Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə keçirilir.

Məlumata görə, sərhədin Qazax-İcevan hissəsində keçirilən görüşdə üç rayonun mina xəritələrinin Azərbaycana təhvil verilməsi və sülh müqaviləsi istiqamətində işlərin daha da sürətləndirilməsi barədə müzakirələr aparılır.
Xatırladaq ki, tərəflərin iştirakı ilə bundan əvvəlki görüş ötən il noyabr ayının 30-da sərhəddə baş tutub.

COP29

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv