Azərbaycanla Türkiyə arasında birgə media platformasının yaradılması barədə sənəd təsdiqləndi

media-hightechnic-468x90

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, sənəddə birgə media platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılması qeyd edilib.

Bundan əlavə, sənəddə Azərbaycan-Türkiyə media platformasının əhatə dairəsi müəyyənləşib.

Belə ki, tərəflər yaradılacaq birgə media platforması çərçivəsində iki ölkə arasında sağlam media əlaqələri şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:

A. Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;

B. İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;

C. Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;

D. Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;

E. Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;

F. Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;

G. İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05