Azərbaycanlı ailə İŞİD-ə qoşula bilər
Moskvada ötən ilin dekabrın 31-də itkin düşmüş azərbaycanlı ailənin Türkiyəyə, oradanda Suriyaya keçərək İŞİD-ə qoşulcağı ehtimal olunur.
Hacımurad Hacımuradovic Həmidov, Türkan Fərhad qızı Hüseynova və onların 1 yaşlı qızları Həmidova Safiyə Hacimuradovnanın itkin düşməsi barədə məlumatı Türkan Fərhad qızı Hüseynovanın bacısı Yeganə Hüseynova yayıb.
Yeganə Hüseynovanın bildirdiyinə görə, ailə ilə son əlaqə 1 yanvar 2015 –ci ildə qurulub. Bacısı ona zəng edərək Türkiyənin Antalya şəhərində olduğunu bildirib. Hüseynova Türkan Fərhad qızı, söhbət zamanı, həmçinin, qeyd edib ki, onlar Türkiyədən Suriyaya yola düşəcəklər. Hüseynova Türkan Fərhad qızının həyat yoldaşı Həmidov Hacımurad Hacımuradovic isə Türkiyənin İstanbul şəhərində olduğunu bildirib.
Yeganə Hüseynova bacısının və onun ailəsinin İŞİD-ə qoşulacağından ehtiyat edir. Və bu barədə artıq adiatı orqanlarında məlumatlandırıldığını nəzərə çatdırıb.
Oxuculardan Həmidov Hacımurad Hacımuradovic və Hüseynova Türkan Fərhad qızı barəsində məlumatı olanlardan dövlət mühafizə xidmətlərinə məlumat verməyinizi xaiş edirik(salamnews).