!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı aktrisadan ŞAD XƏBƏR: "Buna görə çox sevinirəm"

!Reklam – Yazi

İtaliyada keçirilən 79-cu Venesiya Beynəlxalq Film Festivalında Azərbaycanın “Banu” filmi də yer alıb. Filmin yaradıcı heyəti Venesiyaya dəvət alıb. Gənc aktrisa Dəniz Tacəddin də festivala qatılan aktyorlar sırasındadır.

Yenicag.az-a açıqlama verən aktrisa təəssüratlarını bölüşüb:

“Bir neçə azərbaycanlı aktyor, aktrisa və rejissordan ibarət heyət ilə İtaliyanın Venesiya şəhərində keçirilən Venesiya Film Festivalında iştirak edirik. Bu layihənin bir hissəsi olduğum üçün çox şadam, əsas da sevinirəm ki, dünyanın ən qədim festivalı olan A kateqoriyalı Venesiya Film Festivalında məhz Azərbaycan aktyorları ilə birgə iştirak edirəm. Mən filmdə Banunun rəfiqəsi obrazını canlandırıram. Onu da vurğulayım ki, Təhminə ilk azərbaycanlı rejissordur ki, filmi Venesiya Festivalı tərəfindən maliyyələşdirilib”.

Qeyd edək ki, Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan ekran işində Əməkdar artist Mələk Abbaszadə, Zaur Şəfiyev, Kəbirə Həşimli, Dəniz Tacəddin, Cəfər Həsən və Emin Əskərov rol alıblar. Rejissoru və baş rol ifaçı Təhminə Rafaella olan filmin prodüserliyini “Noori Pictures” şirkəti edib.

Cəvahir

www.yenicag.az

954
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv