!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı aktyorun çəkildiyi film “Netflix”də: “Möcüzələrə inandığım üçün...”

!Reklam – Yazi

“Azərbaycan tarixində ilk dəfə Hindistana dəvət alıb çəkilən aktyoram”.

Bunu Hindistandan Azərbaycana yenicə qayıdan tanınmış aktyor Şəhriyar Əbilov Yenicag.az-a açıqlamasında deyib.

Hindistanda filmə çəkilən aktyor ekran işinin “Netflix”də yayımlanacağını bildirib.

O, təəssüratlarını bölüşüb: “Çəkildiyim ekran əsəri “Ruslan” adlanır. Artıq çəkilişlər bitib. Bədii film əvvəl Hindistan kinoteatrlarında nümayiş olunacaq. Daha sonra isə məşhur film və serial platroması “Netflix”də yayımlanacaq.

Təklif Salman Xanın şəxsi prodakşınından gəldi və dəyərləndirdim. Mənim və komandamın bütün xərclərini yüksək səviyyədə qarşıladılar. Bu rol mənim həyatımda yeni uğurlara yol açacaq. Bu, dünya kinosuna gedən yolda bir işıq ola bilər.

Epizod oynayıb, aktyor oyunu ilə diqqət çəkə bilərsən, yaxud da illərlə rejissorun axtardığı bir sima ola bilərsən. Və sonra təklif gəlir və bərabər çalışırsan.

“Netflix” özü böyük bir platformadır və dünya bazarına açılan bir qapı rolunu oynayır. Dediyim kimi, balaca bir səhnəni görüb böyük bir film üçün dəvət ala bilərsən. Həyatda möcüzələrə inanmaq və məqsədli şəkildə irəli getmək lazımdır. İngilis dilini daha da mükəmməlləşdirib yenidən geri dönəcəm”.

Cəvahir

COP29

www.yenicag.az

701
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv