Azərbaycanlı bahalı sırğasına görə hava limanında saxlanıldı

media-hightechnic-468x90

Azərbaycandan Rusiyaya gedən sərnişin Samara vilayətinin Kurumoç hava limanında gömrükçülər tərəfindən saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Azərbaycanlı “yaşıl” dəhlizdən keçərkən saxlanılıb. Gömrük əməkdaşları onun baqajına əlavə yoxlama keçirib və bəyan edilməmiş “Tiffany & Co” sırğaları aşkar ediblər. 1,5 milyon rubl dəyərində olan sırğanın orijinallıq sertifikatı və zinət əşyaları üçün qəbz də olub.

“Məhsul almaz əlavələri olan 950 platin ərintisindən, yəni təbii almazdan hazırlanıb. Zərgərlik məmulatlarının hazırlandığı materiallar strateji əhəmiyyətli mallar siyahısına daxildir”, – deyə bildirilib.

Qaçaqmalçılığa görə azərbaycanlını 7 ilə qədər həbs və 1 milyon rubla qədər cərimə gözləyir./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa