Azərbaycanlı deputat Latviyada komitə rəhbəri seçildi

media-hightechnic-468x90

e2331be10f3ffe8e43c306c7f9adf899Latviya parlamentinin yeganə azərbaycanlı deputatı Roman Naudinş qanunverici orqanın komitələrindən birinin rəhbəri seçilib.

2014-cü il noyabrın sonuna qədər bu ölkənin regional inkişaf və ətraf mühit naziri işləmiş R. Naudinş  açıqlamasında bildirib ki, ötən il oktyabrın 4-də keçirilən parlament seçkilərində iştirak edib və qalib gəlib. O qeyd edib ki, nazir vəzifəsində qalmağı özü istəməyib: “Mən noyabrın sonunda hökumətin yenidən təşkilində iştirak etmədim və fəaliyyətimi ancaq parlamentdə davam etdirməyi qərara aldım. Bu yaxınlarda səs çoxluğu ilə parlamentin İqtisadiyyat, kənd təsərrüfatı, ətraf mühit və regional siyasət komitəsinin sədri seçildim”.

Qeyd edək ki, R. Naudinş 1982-ci ildə Latviyanın Valmiera şəhərində anadan olub. Polis Akademiyasını bitirib və bir müddət istintaq orqanlarında yüksək vəzifələrdə çalışıb. Daha sonra vəzifəsindən istefa verərək bir müddət ailə biznesinin inkişafı ilə məşğul olub. 2009-cu ildə Latviya Milli Birlik Partiyasından Valmiera Vilayət Dumasının deputatı, 2011-ci ildə isə parlamentin üzvü seçilib. 2014-cü ilin mayında regional inkişaf və ətraf mühit nazirinin istefasından sonra bu sahənin inkişafı üçün nazir vəzifəsinə Roman Naudinş təyin olunub.

R. Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən rayonundandır və 1956-cı ildə Latviyaya köçüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600