!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı fəal Tehranda saxlanıldı

!Reklam – Yazi

Güney azərbaycanlı mədəni fəal Zeynəb Həmrəng Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Yenicag.az “GünAz TV”yə istinadən xəbər verir ki, yanvarın 14-də fəalın Tehrandakı mənzilinə hücum çəkib, evdə axtarış aparan təhlükəsizlik qüvvələri əməkdaşları xanım Zeynəb Həmrəngi qızı ilə birlikdə həbs ediblər. Eləcə də, onlar fəala məxsus bir sıra şəxsi əşyaları da müsadirə ediblər.

Qızı həmin gün axşam sərbəst buraxılsa da, xanım Həmrəng hələ də həbsdə saxlanılır. Hələ ki, fəalın hansı səbəbdən tutulması ilə bağlı məlumat yoxdur.

Qeyd etmək lazımdır ki, son vaxtlar Tehranda yaşayan azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər daha da şiddətlənib. Qısa müddət ərzində çoxlu sayda fəal tutularaq həbsxanaya salınıb.

Digər tərəfdən, ötən həftə ərzində İranın təhlükəsizlik qüvvələri Tehranda türkcə kitablar nəşr edən “Əndişe-yi no” və “Təkderəxt” nəşr müəssisələrini bağlayıblar. Tehranda bu iki müəssisədən başqa heç bir türkcə kitab nəşr edən mərkəz mövcud deyil.

www.yenicag.az

1411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv