!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı jurnalist tanınmış universitetin məzunu oldu - FOTO

!Reklam – Yazi

“Azxeber.com” saytının baş direktoru Əfsələddin Ağalarov Türkiyənin “Marmara Universiteti”nin Jurnalistika fakültəsinin Media İqtisadiyyatı və İdarəedilməsi bölümünün magistr dərəcəsindən məzun olub.

Universitet tarixində sözügedən bölüm üzrə ilk azərbaycanlı məzunu olan Ə.Ağalarov “Xəbər agentliklərinin ictimai rəyə təsir funksiyaları: Azərbaycan və Türkiyənin dövlət xəbər agentliklərinin müqayisəsi” başlıqlı elmi işi müdafiə edib:

“Media iqtisadiyyatı sahəsində təcrübəli jurnalistlərimiz çox olsa da, ixtisaslı jurnalistlərimiz təəssüf ki, yoxdur. Məhz boşluğu nəzərə alaraq təhsilimi bu yöndə almaq qərarına gəldim. Müdafiə etdiyim mövzu Azərbaycanın dövlət xəbər agentliyi olan AzərTac-la, Türkiyənin dövlət xəbər agentliyi “Anadolu”nun tarixi, bu günü, iqtisadi vəziyyəti, xəbər strategiyası, spesifik xüsusiyyətlərinin təhlili idi. Eyni zamanda müasir dövrdə dövlət xəbər agentlikləri həm də dövlətin əsas informasiya savaşçılarından biridir. Xəbər istehsalçısı olaraq bu agentliklərin dövlətin informasiya siyasətində hansı mövqedə durduqlarını 3 ana movzu ilə təhlil etdik. Araşdırmam müasir dünyamızda əsas xəbər başlığına çevrilən ABŞ-da prezident seçkiləri, “Brexit” və “Krım” hadisələrini özündə birləşdirdi. Bu araşdırmada iki xəbər agentliyinin sözügedən 3 mövzu ətrafındakı xəbər siyasəti və bu xəbər siyasətində dövlətin siyasi rolunu analiz etdik. Düşünürəm ki, uğurla nəticələnən bu araşdırma gələcəkdə jurnalistika fakültələrində oxuyan tələbələr üçün qaynaqlardan biri olacaq”.

Jurnalistin sözlərinə görə, o yaxın gələcəkdə bu elmi işi Azərbaycan dilinə tərcümə edərək Jurnalistika fakültələrinə təqdim edəcək.

www.yenicag.az

850
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv