Azərbaycanlı jurnalist vəfat etdi - FOTO

media-hightechnic-468x90

Azərbaycanlı jurnalist Aynur Təhməzova 44 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Yenicag.az xəbər verir ki, o, Türkiyədə müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib. O, qan xərçəngindən əziyyət çəkirdi. Son günlər isə səhhəti ağırlaşıb. Kimyaterapiyadan sonra ağciyərləri iflas edib. Cənazəsi bu gün Azərbaycana gətiriləcək və o, Bakıda dəfn olunacaq.

Aynur Eyvazova imzası ilə tanınan jurnalist Azərbaycan mətbuatında “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərində, “Ann.az”, “Medifaorum” saytlarında işləyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa