Rusiyanın paytaxtında döyülmə hadisəsi kameraya düşüb.
Yenicag.az xəbər verir kl, bir kişi qısa donda olan xanımı küçədə döyür.
Vəhşicəsinə qadını döyən kişiyə heç kim mane olmur. Hadisə 23 fevral 2017-ci ildə baş verib. Ancaq hadisənin görüntüsü indilərdə üzə çıxıb.
Mariya Syaçina adlı qadın həmin videodakı qadın olduğunu və milyonçu Ziyafət Kərimov tərəfindən döyüldüyünü bildirib. Qeyri-rəsmi nikahda yaşayan cütlük arasında ciddi münaqişə olub.
Mariya deyir ki, Ziyafət Kərimovdan bir qızı var. Qadın övladının həyatı ilə bağlı çox narahat olduğunu söyləyir.