61 yaşlı türkiyəli biznesmen Mehmet Dereli verdiyi qərarla medianın gündəminə düşüb.
Yenicag.az xəbər verir ki, biznesmenin 5 ildir sevgili olduğu Elaine Fonseca hamilədir. Ancaq bu uşaq Mehmet Dereliden deyil.
Belə ki, Elainenin uşaq istəyinə Dereli müsbət baxmayıb. O, “bu yaşdan sonra üzərimə məsuliyyət götürə bilmərəm”, – deyib. Elə bu səbəbdən də Elaineyə başqasından hamilə qalmağa icazə verib.
Bunu “Sabah” qəzetində Bülent Cankurt yazıb: “Mehmet Derelinin 5 illik sevgilisi Elaine Fonseca hamilədir. Ancaq dünyaya gələcək qızın atası Mehmet Dereli deyil! Fonseca, Mayamidəki sperma bankından aldığı sperma ilə hamilə qalıb. Araşdıranda öyrəndim ki, 37 yaşlı Elaine xanım ana olmaq istəyib. Ancaq Mehmet bəy bu yaşdan sonra nə evlənmək, nə də ata olmaq istəmədiyini deyib. Ən çətin günlərində yanında olsan sevgilisi, sperma bankından uşaq sahibi olmaq istədiyini deyəndə o, “yox” deməyib. Mehmet bəyin sevgilisinin qızına atalıq edəcəyindən şübhəm yoxdur. Belə vəfalı bir sevgiliyə ancaq bu cür jestlə qarşılıq vermək olardı…”
Natavan
www.yenicag.az