Azərbaycanlı politoloq sabiq prezidenti avanturist adlandırdı

media-hightechnic-468x90

yenicage43443Gürcüstanın eks-prezidenti, hazırda ölkəsi tərəfindən axtarılan Mixail Saakaşvili “New Eastern Europe” portalına müsahibəsində yenidən hakimiyyətə qayıtmaq planlarından və Rusiya prezidenti Vladimir Putinin Azərbaycana qoşun yeritmək üçün tələsik yol çəkdirməsindən danışıb. O bildirib ki, Putin hazırda Tiflisə yeni hücuma başlamaq üçün Dağıstandan hərbi təyinatlı yol çəkir və həmin hərbi yol ona qısa müddət ərzində Azərbaycana da hücum etmək imkanı verir.
Politoloq Tofiq Abbasov Saakaşvilinin fikrinə belə münasibət bildirdi: “Mixail Saakaşvilinin bu planı reallıqla qətiyyən uzlaşmayan plandır. Onun arxasında bəzi xarici təxribat mərkəzlərinin uydurmaları durur. Məsələ ondadır ki, Qərb anti-Rusiya cəbhəsini tez bir zamanda genişləndirmək niyyətindədir və təhlükəli oyunlara Azərbaycan kimi sabit və Rusiya ilə sabit münasibətləri olan dövlətləri qatmaqda Avrasiya məkanının xaosa bürümək məqsədi güdür. Adətən belə gözlənilməz xəbərlər yayıldıqda ictimai şüur bir qədər çaşqın vəziyyətə düşür və müəyyən insanlar ağ yalana ya da cəfəng uydurmalara diqqət yetirib hətta bu kimi şailərin təsirinə düşür. Xüsusi mərkəzlər isə belə olduqda monitorinqlər aparıb kütləvi rəyləri tədqiq edib onlardan irli gələn məntiqə uyğun yeni planlar cızmağa cəhdlər göstərirlər. Odur ki, hazırda Mixail Saakaşvili Qərb təbliğatının öndə təsir edən fəal nümayəndəsi kimi inanılmaz görünsə də, gələcəyin modellərinə uyğun zondaj aparmaqla məşğuldur. Və əgər yada salsaq ki, Qərbin Rusiyanı parçalama planı artıq 2008-ci ildən bəri, yəni Cənubi Osetiya ətrafında getmiş məhdud hərbi kampaniya ilə başlayıb, 2014-cü ildə ildə Ukrayna aktı ilə davam etdirildi, onda tam aydın olur ki, sözügedən plan əsaslıdır və Qərb qütbü onu nəyin bahasına olursa olsun gerçəkləşdirmək istəyir. Birdə ki, bəzi qərbli ekspertlər nahaq demirlər ki, postsovet məkanında Qərb koalisiyası 3-cü dövlət axtarışındadır ki, Rusiyaya olan təzyiq strrategiyasını həm qüvvədə saxlasın, həm də Rusiyaya qarşı savaşa çıxan məmləkətlərin sayını artırmaqla dünyanın ən böyük dövlətinə qarşı gedən mübarizənin cəbhə xətti genişlənsin.Lakin Azərbaycan bu avantüraya heç vaxt baş qoşmayacaq, çünki rəsmi Bakı bütün fövqəl güclərə bildirib ki, özgələrin oyununda özünü qətiyyən görmür və təhlükəli planlara rəvac verməyəcək”.

 

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600