Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycanlı turistlərin Gürcüstandakı xərcləri artıb

Bu ilin üçüncü rübündə Gürcüstana səfər edən azərbaycanlı turistlərin orta xərcləri 430,6 lari (274 manat) təşkil edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının araşdırmasında qeyd olunub.

Rüblük müqayisədə azərbaycanlı turistlərin qonşu ölkədəki orta xərcləri 81,6 lari (52 manat) artıb. Orta xərclərdə artımın qeydə alınmasına baxmayaraq, Azərbaycandan olan turistlər Gürcüstanda ən az pul xərcləyən əcnəbilər adını qoruyub saxlayıb.

Araşdırmaya əsasən, hesabat dövründə Gürcüstanda ən çox pul xərcləyənlər Rusiyadan olan turistlər (1 513,7 lari/962 manat) olub. Türkiyəli və erməni turistlərin orta xərcləri isə müvafiq olaraq 654,6 lari (416 manat) və 565,4 lari (359 manat) təşkil edib.

Gürcüstana bu ilin iyul-sentyabr aylarında səfər edən əcnəbi ziyarətçilərin xərcləri, ümumilikdə, 3,1 mlrd. lari (1,16 mlrd. dollar) təşkil edib. Turistlər bir səfər ərzində orta hesabla 1 179 lari (441dollar) xərcləyiblər.

Xərclərin 30,1%-i qida və içkilər, 25,8%-i yerləşmə, 18,8%-i mədəni və əyləncə xidmətləri, 11,2%-i alış-veriş, 6,7%-i yerli nəqliyyata, 7,3%-i isə digər xidmətlərə sərf olunub.

Bu ilin üçüncü rübündə Azərbaycandan Gürcüstana 494,462 nəfər səfər edib ki, onların da 93,1%-i qonşu ölkəyə təkrar, 6,9%-i isə ilk dəfə səfər edənlər olub.

Azərbaycanlı turistlərin Gürcüstanda gecələmə müddəti orta hesabla 2,8 gün təşkil edib.

www.yenicag.az

1861