Azərbaycanlı yazıçı sürgünə göndərilir

media-hightechnic-468x90

Tehranda yaşayan azərbaycanlı yazıçı, tədqiqatçı və media fəalı Əkbər Azad Tehranın Baharistan bölgəsinin İnqilab Məhkəməsinin Hökmlərin İcrası Bölməsinə çağırılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bununla bağlı ona çağırış məktubu göndərilib.

Məktubda onun 2 illik sürgün cəzasının icra edilməsi ilə bağlı çağırıldığı bildirilib.

Qeyd edək ki, 2017-ci il fevralın 21-də Beynəlxalq Ana Dili Günü ilə bağlı mədəni aksiyada həbs edilən Əkbər Azad 2 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. O, 17 fevral 2024-cü ildə Loristan əyalətinin Dərəşəhr bölgəsinə sürgün edilsə də, bir müddət sonra müalicə üçün Tehrana geri qayıtmışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05