Azərbaycanlı zəvvarların sayı açıqlanıb

media-hightechnic-468x90

9bad05ae14501fbca1085558c79d8878Azərbaycanda bu il Həcc ziyarətinə getmək istəyən zəvvarların kvotası müəyyən olub.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, buil Azərbaycanda Həccə 2700 zəvvarın getməsi nəzərdə tutulub.

Qeydiyyatdan keçmək üçün təqdim olunan sənədlər arasında tələb olunan fotoşəkillərdə qadınların başıörtülü olması tələb olunur.

Xatırladaq ki, ötən ilki zəvvar kvotası 3700 nəfər olub.

Qeyd edək ki, bu il də zəvvarlara ziyarət iki formada təklif olunmasına baxmayaraq, qiymətlərdə artım var. Daha yaxşı şəraitli hotellərdə qalmaq, daha bahalı yeməklərin verilməsi, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 manat, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlı hotellərdə qalmaqla təklif olunan variant isə 4700 manatdır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır.

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla olmayacaq(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600