Azərbaycanlını qətlə yetirən polis həbs olundu – Yenicag.Az

Reklam

Reklam

Gürcüstanın Poti şəhərində ödəmə terminalını qərət edən Nazim Quzanovu qətlə yetirən polis əməkdaşı Çabuka Lemoncava həbs olunub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Zuqdidi rayon məhkəməsi Ç. Lemoncava barəsində 2 ay müddətinə həbs qərarı çıxarıb.

Polis əməkdaşının vəkili onun 20 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, vəsatət təmin olunmayıb. Prokurorluq iddia edir ki, Ç. Lemoncava Abxaziyadan olduğundan onun ölkədən qaçmaq ehtimalı var. Polis əməkdaşı ilə bağlı ehtiyatsızlıqdan qətl törətmək maddəsi üzrə istintaq aparılır. O isə öz növbəsində günahsız olduğunu və silahdan istifadə məcburiyyətində qaldığını bildirib.

Qeyd edək ki, iyulun 23-də Potidə baş vermiş insident zamanı N. Quzanov polis əməkdaşına təslim olmayaraq, ona küt alətlə fiziki müqavimət göstərib. Qarşıdurma nəticəsində polis əməkdaşı ona atəş açaraq baş nahiyəsindən ölümcül yaralayıb.

N. Quzanov Rustavi şəhərində yaşayıb və Potiyə istirahətə yollanıb. O, əvvəlki illərdə oğurluq, xuliqanlıq, polisə tabe olmamaq və marixuanadan istifadəyə görə dəfələrlə saxlanılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 794
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."