Azərbaycanlının törətdiyi dəhşətli qəzanın son qurbanı-Video

media-hightechnic-468x90

78025Moskvada Kutuzov prospektində azərbaycanlının törətdiyi dəhşətli yol-nəqliyyat hadisəsi zamanı zərərçəkənlərdən biri də ölüb.

Məlumata görə, həkimlər üç həftədən çox yaralının həyatı üçün mübarizə aparsalar da 21 yaşlı Darya Dyadyuranı xilas etmək mümkün olmayıb.

O, ağır yanıq və bədən xəsarətləri aldığına görə, onun həyatını xilas etmək mümkün olmayıb. Darya azərbaycanlı Vaqif Mirzəyevin idarə etdiyi maşında arxada əyləşmişdi.

Qeyd edək ki, Moskvada Kutuzov prospektində azərbaycanlı gəncin törətdiyi dəhşətli qəzada 5 nəfər faciəli şəkildə ölmüşdü.

Qəzanı törədən sürücü 24 yaşlı azərbaycanlı Vaqif Mirzəyev olmuşdu.

Məlumata görə, o, gecə saat 03 radələrində idarə etdiyi “BMW M5” markalı maşınla yolda şütüyüb. Şahidlərin sözlərinə görə, bu zaman onun sürəti saatda 200 km-ə çatıb.

Qəfildən o qarşı tərəfdən gələn “Hyundai Solaris” markalı taksiyə çırpılıb. Nəticədə taksidə olan sürücü və sərnişin də ölüb. Zərbə o qədər güclü olub ki, maşının parçaları bir neçə metrə dağılıb.

 

https://www.youtube.com/watch?v=dd6qbnhmocw

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600