Rusiyanın Kostroma şəhərində yerləşən “Poliqon” gecə klubunda baş verən yanğının günahkarı həbs edilib.
Yaroslavl Qarnizonu Hərbi Məhkəməsi 23 yaşlı hərbi qulluqçu Stanislav İonkini iki ay müddətinə həbs edib.
O, “Poliqon” gecə klubunda baş verən yanğında təqsirli bilinib.
İonkin noyabrın 5-də, gecə saatlarında klubda başlayan yanğından dərhal sonra saxlanılıb. Ehtimal olunur ki, yanğına səbəb olan siqnal qurğusundan (fişəng) məhz İonkin atəş açıb.
Bildirilir ki, İonkin günahını etiraf edib.
İonkinin qohumları onun bu yaxınlarda Ukraynadakı müharibədən yaralı halda qayıtdığını bildiriblər.
Kostroma kafe vilayət dumasının deputatı və “Vahid Rusiya” fraksiyasının üzvü İxtiyar Mirzəyevə məxsus olduğu bildirilən “Poliqon” klubunda baş verən yanğında 13 nəfər həlak olub.
www.yenicag.az