Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərenerji” ötən ay NƏ QƏDƏR elektrik enerjisi istehsal edib?

Bu ilin noyabr ayında “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,965 milyard kVt/saat təşkil edib.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, 2017-cı ilin noyabr ayında bu rəqəm 1,730 milyard kVt/saat olub.

Ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi carı ilin müvafiq dövrü ərzində qarşılıqlı şəkildə həyata keçirilib.

“Hazırda energetika sektorunun əsas subyektlərindən olan “Azərenerji” ASC qarşısında müəyyən edilən yeni prioritetlər və hədəflər əsasında “Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə işlənib hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı” çərçivəsində aparılan fundamental yenidənqurma tədbirləri və genişmiqyaslı müasirləşdirmə prosesi sürətlə davam etdirilir, deyə məlumatda qeyd olunub.

www.yenicag.az

3555