“Azəri Gənclər Alyansı” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən nikahlar əleyhinə alyans” adlı layihəsi uğurla başa çatıb.
Avqustun 7-də layihə çərçivəsində yekun tədbir olan “Erkən nikahlara əleyhinə alyans” adlı maarifləndirici sosial çarxın Bakı şəhərinin Graff hotelində təqdimat mərasimi keçirilib. Təqdimatda 55 nəfər fəal könüllü gənc və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə öncə mövzu ilə bağlı layihə rəhbəri Leyla Məmmədli ümumi məlumat verdikdən sonra müxtəlif panel formatında təşkil edilən müzakirələrdə ekspertlər – “Təmiz dünya” qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova, Smart Nation təşkilatının rəhbəri Şəbnəm Məmmədova, Qida təhlükəsizliyi hərəkatının rəhbəri Məshəti Hüseynova və psixoloq Gülər Dilbazi çıxış edərək erkən nikahların yaratdığı fəsadlarla bağlı ətraflı məlumat verilib. Sonra gənclərlə canlı diskussiya aparılıb və erkən nikahlarla mübarizə ilə bağlı müxtəlif rəy və təkliflər səsləndirilib.
Qeyd edək ki, layihə çərçivəsində cari ilin iyun ayında Astara, Lənkaran və Lerik rayonlarının Gənclər evi və Heydər Əliyev Mərkəzində 80 nəfər 11-16 yaş arası yeniyetmə gənc qızlar üçün 4 günlük maarifləndirici inkluziv tədbirlərdə təlimçi və ekspertlər tərəfindən interatiktiv üsullarla maarifləndirici təlimlər keçirilib və mövzu ətrafında iştirakçılarla ətraflı müzakirələr aparılıb.
Statistikaya görə Azərbaycanın erkən nikahlara ən çox məruz qalan bölgələrindən olan cənub zonasında layihə çərçivəsində həyata keçirilən maarifləndirici tədbirlər zamanıyeniyetmə gənc qızlara və onların valideynlərinə dünyada geniş yayılan erkən nikahlar problemi barədə ətraflı məlumat verilib vəbu problemin həlli yolunun məhz yaxşı təhsil alaraq vətənə nümunəvi vətəndaş olmaqdan ibarət olduğu bildirilib.
www.yenicag.az