Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,17 ABŞ dolları və ya 2,58% azalaraq, 81,85 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
www.yenicag.az