“Azəriqaz”ın əməkdaşı hücuma məruz qaldı

media-hightechnic-468x90

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı Vəliyev Ağamirzə Muradxan oğlu xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb.

Yenicag.az bu barədə “Azəriqaz” İB-ə istinadən xəbər verir.

Belə ki, abonentin öncədən ödənişli (smart-kart tipli) qaz sayğacına baxış keçirilərkən qüsurla işləməsi aşkarlanıb. Bu səbəbdən əvəzlənməsi üçün abonent məlumatlandırılıb. Lakin bir neçə gün keçməsinə baxmayaraq sayğacın əvəzlənməsinə istehlakçı tərəfindən şərait yaradılmayıb.

“Bu gün əməkdaşımız Ağamirzə Vəliyev təkrar olaraq ərazi üzrə xidməti vəzifəsini yerinə yetirərkən abonentin hücumuna məruz qalıb. Bu hadisə ilə bağlı artıq hüquq mühafizə orqanlarına tərəfimizdən müraciət olunub”, – İB-dən qeyd ediblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa