Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Azərişıq” borca görə AMEA-nın işığını kəsib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın “Azərişıq” ASC-yə 22 965 manat borcunun olması göstərilir.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “APA-Economics”ə verdiyi məlumata görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilməsi bərpa edilib.

Qeyd edək ki, bu gün AMEA-nın yaranma günü kimi qeyd olunur. Belə ki, Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılmasını və inkişaf etdirilməsini, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə 1932-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun (DETİ) əsasında SSRİ Elmlər Akademiyası (EA) Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilib. 1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrilib. SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrilib.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

817
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM