!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərsu” əməkdaşına RÜŞVƏTə görə cinayət işi açıldı

!Reklam – Yazi

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə prokurorluq orqanları tərəfindən bu sahədə mövcud hüquqpozmalarla mübarizəyə yönəlmiş tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 yaşayış massivində su təchizatı şəbəkəsinə qanunsuz qoşulma faktına dair “Azərsu” ASC-dən daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin, rayon prokurorluqlarının və “Azərsu” ASC-nin əməkdaşlarının iştirakları ilə qeyd edilən əraziyə baxış keçirilərək araşdırma aparılıb.

Aparılmış araşdırmalarla qeyd edilən ərazidə yerləşən 10 ədəd yaşayış evinin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Bakıelektrikşəbəkə”yə məxsus 35kV-luq yarımstansiyanın önünüdə yeraltında mövcud su xəttinə qanunsuz qoşulmaları və bunu qanuniləşdirmək məqsədilə hər biri 268 manat olmaqla ümumilikdə 2 min 680 manat məbləğində pul vəsaitini Xəzər Sukanal İdərəsinin işçisi Hüseynov Elvin Şahgəldi oğluna vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması İstintaq idarəsinə tapşırılmışdır.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv