Aztəminatlı gənclərə təhsil kreditləri veriləcək

media-hightechnic-468x90

xddAzərbaycanda bu il aztəminatlı gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydada təhsil kreditlərinin tətbiqinə başlanılacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu, cari il ərzində ali təhsil sahəsində həyata keçiriləcək islahatların prioritet istiqamətlərindən biridir.

Digər prioritet istiqamətlərə uyğun olaraq, bu il ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın təkmilləşdirilməsi və korporativ idarəetmə prinsipləri tətbiq ediləcək.

Dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqi genişləndiriləcək.
Ali təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması da nəzərdə tutulan istiqamətlərdəndir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600