AzTV əməkdaşının oğlu özünü güllələyib

media-hightechnic-468x90

Ozunu-gulleleyen-tapancaylaAzərbaycan Televiziyasının Gürcüstandakı müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu intihar edib

Azərbaycan Dövlət Televiziyasının Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu Azər Məmmədov intihar edib.

19 yaşlı Azər Şahismayıl oğlu Məmmədov yanvarın 3-də özünü güllələyib.

Yanvarın əvvəlində İstanbuldan qayıdan Azər dostları ilə Dmanisinin Dunus kəndində yeyib-içdikdən sonra Qardabaniyə gəlib. Tələbə dostlarını Bakıya yola saldıqdan sonra Azər evə qayıdıb və otağa girib qapıları bağlayaraq özünü öldürüb.

Mərhumun atası Şahismayıl Məmmədov açıqlamasında bildirib ki, oğlu 12 səhifəlik məktub yazaraq bildirib ki, bu dünyada yaşamaq istəmir: “O, belə bir cəmiyyətdə və zəmanədə yaşamaq istəmədiyini və narazılığını bildirib”.

Ş.Şəmmədoğlu deyib ki, oğlu Azər Məmmədov İstanbul Universitetinin sənaye idarəetməsi fakültəsində oxuyurdu.

Ş.Şəmmədoğlunun bir oğlu və iki qızı var.

Bu gün Azər Məmmədov Qardabaninin Kosalı kəndində torpağa tapşırılıb.
*****
Azərbaycan Televiziyasının Gürcüstandakı müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu intihar edib. Hadisə yanvarın 4-də Qardabanidə baş verib. Mərhum bu gün saat 12-də dəfn edilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Hadisənin nə səbəbdən, hansı şəraitdə baş verdiyi hələlik məlum deyil(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600